AZ

Tramp Putin görüşündən yeni görüntülər: Hətta tərcüməçi də...” VİDEO

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaska sammiti çərçivəsində söhbətinin yeni görüntüləri yayılıb.

“Cebheinfo.az” “RİA Novosti”-yə istinadən xəbər verir ki, liderlər arasında məzmunu məlum olmayan söhbət birgə mətbuat konfransından dərhal sonra baş tutub.

Görüntüləri “Rossiya 1” telekanalının jurnalisti, müəllifi və 2Moskva. Kreml. Putin” verilişinin aparıcısı  Pavel Zarubin öz “Telegram” kanalında yayımlayıb. 

Söhbət prezidentlər mətbuat konfransı zalını tərk etdikdən dərhal sonra baş tutub və nümayəndə heyətinin üzvləri onları izləyib.

Sammitdən sonra Putin və Tramp yanlarında yalnız Rusiya liderinin tərcüməçisi ilə təkbətək danışıblar. Prezidentlər əl sıxıblar, lakin ünsiyyətə davam edərək ayrılmağa tələsməyiblər.

"Söhbət o qədər anlaşılmazdır ki, hətta tərcüməçi də hər şeyi aydın başa düşmək üçün əyilərək qulaq asmalıdır", - proqramın müəllifi qeyd edib.

Xəzər

“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
cebheinfo.az

2Mənbələr