AZ

Ukrayna və İsveç birgə silah istehsal etmək barədə razılığa gəldilər

Ukrayna və İsveç hər iki ölkədə müdafiə təyinatlı məhsulların birgə istehsalına dair razılığa gəliblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal "Telegram" kanalında məlumat verib.

Müvafiq saziş İsveçin müdafiə naziri Pol Yonsonun Ukraynaya səfəri zamanı imzalanıb. Sezar pizza

Şmıqalın sözlərinə görə, xüsusi diqqət hərbi aviasiya sektoruna, ukraynalı pilotların hazırlanmasına və iki ölkə şirkətləri arasında layihələrin həyata keçirilməsinə yönələcək.

Ukraynalı nazir həmçinin bildirib ki, "ACS 890" radiolokasiya kəşfiyyatı təyyarələri İsveçdən Ukraynaya təhvil verilib./Oxu.az


Telegram kanalımız
Seçilən
36
1
yenisabah.az

2Mənbələr