AZ

Bakı Slavyan Universiteti 10 manatlıq şirkətlə müqavilə bağlayacaq – yarım milyon manatlıq

Bakı Slavyan Universiteti dayanıqlı inkişafın təmin edilməsi üçün potensialın artırılması xidmətinin satınalmasında “SEFT CONSULTING” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tərəflər arasında dəyəri 555.780 manatlıq müqavilə bağlamağı planlaşdırır.

Şirkətin qanuni təmsilçisi Mircəlal Ağamirov Mirmehdi oğludur. “SEFT CONSULTING” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir.

Xatırladaq ki, Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsini Anar Nağıyev müvəqqəti icra edir.

Seçilən
7
nocomment.az

1Mənbələr