Çinin Haynan kurort adasının səlahiyyətliləri cənub sahillərinə yaxınlaşan "Kadziki" tropik qasırğası səbəbindən 20 min insanı təxliyə edib.
Bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Məlumata görə, adada müəssisələr bağlanıb, ictimai nəqliyyatın hərəkəti dayandırılıb. 30 mindən çox balıqçı gəmisi limana qayıdıb və 2 800-dən çox xilasedici təcili yardım göstərməyə hazırdır.
Səhər saatlarına olan məlumata görə, küləyin sürəti 38 m/s-ə çatıb. Siklon Sanyadan təxminən 210 km cənub-şərqdə yerləşib.
Sinoptiklərin fikrincə, fırtına bazar günü günorta və ya axşam Haynanı vuracaq.
“Cebheinfo.az”