AZ

Ukrayna üçün hərbi yardım: ERAM raketləri altı həftə ərzində çatdırılacaq

Oxu.az saytına istinadən ain.az xəbər verir.

ABŞ administrasiyası Kiyev üçün 3,3 min ədəd ERAM (Extended Range Artillery Munition) havadan buraxılan raketin satışını təsdiqləyib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri mənbələrə istinadən yazır.

Bildirilir ki, raketlər altı həftə ərzində Ukraynaya çatdırılacaq.

Mənbələrin məlumatına əsasən, hərbi yardım paketinin ümumi məbləği 850 milyon dollar təşkil edir.

Bu məbləğin böyük hissəsini Avropa ölkələri maliyyələşdirib. Nəşr hərbi yardım paketinə ERAM raketlərindən başqa, digər silah və texnikaların daxil olub-olmadığını dəqiqləşdirməyib.

Qeyd edək ki, ERAM raketlərinin uçuş məsafəsi 240-450 kilometrdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
oxu.az

1Mənbələr