“Vilyarreal” klubu “Çelsi”də çıxış edən portuqaliyalı müdafiəçi Renatu Veiqanı heyətinə qatıb.
İdmanxeber.az xəbər verir ki, La Liqa təmsilçisi bu barədə rəsmi açıqlama yayıb. Bildirilib ki, 22 yaşlı futbolçu ilə 2032-ci ilə qədər uzunmüddətli müqavilə imzalanıb.
Karyerası ərzində “Auqsburq”, “Yuventus”, “Bazel” və “Çelsi” kimi klublarda forma geyinmiş Veiga, 2024–2025 mövsümündə “Çelsi” ilə UEFA Konfrans Liqasının qalibi olub.