AZ

Dünyada ilk pulun istifadə edildiyi, turistlərin ən sevdiyi şəhər: Qədim Uşak şəhəri haqqında bilmədiklərimiz… 

Türkiyənin Ege bölgəsində yerləşən Uşak şəhəri zəngin tarixi keçmişi, təbii gözəllikləri və mədəni irsi ilə diqqət çəkən mühüm bölgələrdən biridir. Lidyalılardan Osmanlılara qədər uzanan çoxşaxəli siyasi və mədəni təsirlər şəhərin tarixi strukturunu formalaşdırıb.

Tarixçilər hesab edir ki, bu qədim şəhərin ilk adı  Temenothytea olub. Maraqlıdır ki, bu adı  Makedoniyalı İsgəndər tərəfindən  sərkərdəsi Temenos  şərəfinə verildiyi ehtimal olunur. Şəhərin yaranma tarixi isə olduqca qədimdir. Ehtimal edilir ki, bu şəhər  eramızdan əvvəl 2500-cü illərdə Luvi tayfalarının nəzarətində olub, daha sonra Lidya Krallığının tərkibinə daxil edilib. Daha bir maraqlı məqam isə  pul anlayışının dünyada ilk dəfə burada ortaya çıxmasıdır. Bu qədim tarixə malik şəhərdə hal- hazırda təxminən 250 min əhali yaşayır .

Vaxtilə Uşak ərazisindən keçən tarixi Kral Yolu, şəhəri Yaxın Şərq və Ege dənizi arasında mühüm ticarət qovşağına çevirmişdi. Roma, Bizans və Səlcuq imperiyaları dövründə şəhər öz strateji və iqtisadi əhəmiyyətini qoruyub saxlamağı bacarmışdı.

1920–1922-ci illərdə Milli Mücadilə Hərəkatı çərçivəsində Uşak aktiv hərbi mövqedə yerləşirdi.  1 sentyabr 1922-ci ildə Uşak işğaldan azad edildi və Yunan komandanı General Trikopis burada əsir alındı. Bu hadisə şəhərin Türkiyə tarixi üçün simvolik önəmini artırdı. Arxeoloqların hesablamalarına görə bu qədim şəhərin yaranma tarixi 5 min il öncəyə gedib çıxır.  Minilliklərlə tarixi olan bu şəhərdə çoxsaylı tarix və mədəniyyət abidələri mövcüddur.

Uşak şəhərində , qədim irsini qoruyan bir sıra muzey və arxeoloji obyektlərlə zəngindir.

Uşak Arxeologiya Muzeyi: Lidyalıların “Karun Hazinəsi” ilə məşhur olan bu muzey, bölgədə aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilmiş tapıntıları təqdim edir.

Atatürk və Etnografiya Muzeyi: Atatürkün Uşakda qaldığı tarixi binada yerləşir.

Kent Tarixi Muzeyi: Şəhərin sosial və siyasi tarixini arxiv materialları ilə əks etdirir.

Uşak şəhərini həm də turizm şəhəri adlandırmaq olar. Hər il milyonlarla turist bu qədim şəhəri ziyarət edir. Rəsmi rəqəmlərə görə 2024-cü iləd bu şəhərə 1 milyondan artıq turist gəlib.

Turistlərin ən çox gəldiyi ərazilərdən biri də, sözsüz ki, Ulubey Kanyonudur. Əbəs yerə bu Kanyona Uşak şəhərinin simvolu demirlər.

image-1

Dünyanın ikinci böyük kanyonu sayılan Ulubey Kanyonu təxminən 40 km uzunluğunda və 170 m dərinliyindədir. Kanyon üzərində qurulan şüşə terasa sahib baxış nöqtəsi turizmi canlandırmaqda mühüm rol oynayır.

Taşyaran Vadisi

image-2

Geoloji baxımdan unikal formaları olan bu vadi, son illərdə ekoturizm sahəsində inkişaf edən istiqamətlərdəndir. Suyun eroziyası nəticəsində yaranmış daş strukturları fotoqraflar və geoturistlər üçün cazibə mərkəzidir.

Blaundus Antik Şəhəri

image-4

Makedoniya koloniyası olaraq qurulan Blaundus, hal-hazırda arxeoloji qazıntılarla təhlil edilməkdədir. Qalıqlar arasında antik teatr, nekropol və forum yer alır. Bu ərazi Dünya Mədəni İrs Fondu tərəfindən qorunur. Hər il bu əraziyə yüzminlərlə turist gəlir.

Uşak şəhəri sadəcə bir tarixi ərazi deyil, eyni zamanda təbiət, mədəniyyət və sənət baxımından böyük turizm potensialına malikdir. Uşakın ekoturizm, tarix-turizmi və yerli sənət əsərləri bazasında inkişaf etdirilməsi qaçılmazdır. Siz də yolunuzu bu qədim şəhərə salsanız, mütləq tarixlə baş- başa qalın.

Qoşqar Salmanlı

Seçilən
25
moderator.az

1Mənbələr