Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
Moderator.az xəbər verir ki, hadisə Mərsin vilayətinin Ərdəmli rayonunda baş verib.
Belə ki, şagirdləri Diyarbəkirdən Mərsinə tətilə aparan mikroavtobus yük avtomobilinə çırpılıb. Nəticədə 1-i şagird olmaqla 2 nəfər ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bildirilir ki, qəzaya səbəb mikroavtobus sürücüsünün yuxulaması olub.