"Çelsi"nin adı "Bayern Münhen"lə yanaşı çəkilən hücumçusu Kristofer Nkunku digər İngiltərə klubuna keçə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, 27 yaşlı hücumçu ilə "Aston Villa" da maraqlanır.
Qeyd edək ki, Nkunku ötən mövsün “Çelsi” forması ilə bütün turnirlərdə 48 matça çıxaraq 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "zadəganlar"la müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
Nihat