AZ

Serbiyada hakimiyyətə dəstək mitinqləri keçirilib

ain.az, Ayna saytına istinadən bildirir.

Mitinqlərdə ümumilikdə 70 minə yaxın insan iştirak edib

Serbiyanın 71 bələdiyyə və şəhərində hakimiyyətə dəstək aksiyaları keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə Serbiyanın dövlət televiziyası məlumat yayıb.

Mitinqlərdə ümumilikdə 70 minə yaxın insan iştirak edib.

"Heç bir hadisə baş verməyib. Heç bir vətəndaş, heç bir polis əməkdaşı xəsarət almayıb, heç bir binaya, heç bir dövlət qurumuna, heç bir binaya, heç bir əmlaka ziyan dəyməyib. Hər şey rahat və dinc şəkildə keçdi", - polis rəisi Draqan Vasilyeviç bildirib.

Bu mitinqlər indiki hakimiyyətə qarşı ölkədə ötən il noyabrın 1-dən Novi Sadda dəmiryol vağzalında tavanın uçması nəticəsində insan tələfatı ilə nəticələnən etiraz aksiyaları fonunda keçirilib. Etirazlar təhlükəsizlik qüvvələrinə qarşı zorakılıq və talanlarla iğtişaşlara çevrilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
ayna.az

1Mənbələr