ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
PSJ-nin qapıçısı Canluici Donnarumma İngiltərənin "Mançester Siti" komandası ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, hazırda PSJ və "şəhərlilər" arasında sövdələşmənin detallarına dair danışıqlar davam edir.
Bildirilir ki, italyan qapıçının transfer məbləği PSJ-nin əvvəllər istədiyi 50 milyon avrodan az olacaq.
Keçən mövsüm Donnarumma bütün turnirlərdə 47 oyunda iştirak edib, 17 matçda qapısından qol buraxmayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.