AZ

Sabah Bakıda 36 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədəMilli Hidrometeorologiya Xidmətindən bildirilib.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarına qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Seçilən
24
49
aznews.az

10Mənbələr