
Türkiyənin Ali Konstitusiya Məhkəməsi ABŞ-a Ankarada səfirlik binası üçün satılmış torpaq sahəsinin qanunsuz əldə edildiyinə qərar verib. Bu barədə Sözcü qəzeti məlumat yayıb.Söhbət paytaxtın Çukurambar rayonunda yerləşən, sahəsi 37 min kvadratmetr olan ərazidən gedir. ABŞ diplomatik missiyası həmin sahəni 2017-ci ildə 88 milyon dollara alıb, səfirlik binasının inşasına isə əlavə olaraq 580 milyon dollar xərcləyib.Qəzet yazır ki, torpaq sahəsi əslində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Xalq üçün vəsiyyət etdiyi Meşə təsərrüfatına daxil idi. Bu ərazi daha sonra Qazi Universitetinə təhvil verilmiş, burada Tibb fakültəsinin tikilməsi nəzərdə tutulmuşdu. Lakin dövlət inşaat şirkəti TOKİ həmin sahəni qanunsuz olaraq ABŞ-a satıb.İddiaçı – Ankaranın Memarlar Palatasının keçmiş rəhbəri Tezcan Candan bildirib:“İlk instansiya məhkəməsi iddiamızı rədd etmişdi. Biz Ali Məhkəməyə müraciət etdik və 4 ildən sonra haqlı olduğumuzu sübut etdik. Bu, sadəcə hüquqi məsələ deyil, Cümhuriyyət məsələsidir. İndi iş Ankara regional məhkəməsində yenidən baxılacaq. Mən inanıram ki, məhkəmə səfirliyi qanunsuz tikili elan edəcək.”Növbəti dinləmə 24 sentyabrda keçiriləcək.Ulusum.az
Diqqət Çəkənlər
Ağ Evdə futbol zarafatları: Tramp dünya çempionatına hazırdır
FHN-dən yenilik: zərərli əmlakın əvəzlənməsi proseduru sadələşdirilib
ABŞ çiplər uğrunda yarışda mövqeyini gücləndirir