AZ

Mers Ukrayna müharibəsinin bitməsi barədə: “Yolun yalnız başlanğıcındayıq”

Mers

Almaniya kansleri Fridrix Mers Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllində irəliləyişi cəmi 2% olaraq qiymətləndirib. Bu fikirləri o, Osnabrük şəhərində keçirilən Xristian-Demokrat İttifaqının qurultayında səsləndirib. Mers deyib:“İlk addımları atmışıq. Amma bənzətmə ilə desək, 10 kilometrlik bir məsafənin yalnız ilk 200 metrini keçmişik. Hər halda, doğru istiqamətdə irəliləyirik.”Onun sözlərinə görə, son üç həftə ərzində Almaniya və bütün Avropa İttifaqı indiyə qədər olmadığı qədər diplomatik təşəbbüslər göstərib.Kansler vurğulayıb ki, indi “biz yalnız silah tədarükündən danışırıq” demək düzgün deyil. Bununla yanaşı, o, qarşıdakı aylarda sülhə nail olmağın çox çətin olacağını, xüsusilə də Vladimir Putinin mövqeyini nəzərə alaraq, qeyd edib.Ulusum.az

Diqqət Çəkənlər

Ağ Evdə futbol zarafatları: Tramp dünya çempionatına hazırdır

FHN-dən yenilik: zərərli əmlakın əvəzlənməsi proseduru sadələşdirilib

ABŞ çiplər uğrunda yarışda mövqeyini gücləndirir

Seçilən
6
ulusum.az

1Mənbələr