Azərbaycan milli komandası 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Səbail mərhələsində bu gün 1/4 final qarşılaşmasına çıxacaq.

Offsideplus.az xəbər verir ki, rəqib Rumıniyanın “Rapid” klubu olacaq.

Qarşılaşma saat 16:25-də başlayacaq.

B qrupunda yer alan Azərbaycan yığması ötən gün ilk görüşdə Çexiyaya (15:17) uduzsa da, Filippinə qalib gəlib - 21:14.

Qeyd edək ki, bu gün turnirin son günüdür.