Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycan-Ukrayna dövlətlərarası əlaqələri xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbətdən, onlar arasında tarixən təşəkkül tapmış dostluq və qarşılıqlı hörmət ənənələrindən qaynaqlanır.
“Report” xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrikində yer alıb.
Azərbaycan lideri qeyd edib ki, hazırda bu möhkəm təməllər üzərində qurulmuş münasibətlər inkişaf edir və yeni məzmunla zənginləşir: “Siyasi dialoqumuz, iqtisadiyyat, nəqliyyat, energetika və humanitar sahələrdə əməkdaşlığımız ikitərəfli əlaqələrimizi səciyyələndirən başlıca amillərdəndir”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.