AZ

Həştərxan vilayətinin qubernatoru Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Sizə olan ən yüksək ehtiramımı və doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizə möhkəm cansağlığı, tükənməz enerji, çoxtərəfli fəaliyyətinizdə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram.

Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafına göstərdiyiniz daimi diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

İnanıram ki, Həştərxan vilayəti ilə Azərbaycan Respublikasını birləşdirən işgüzar tərəfdaşlıq, dostluq və qarşılıqlı hörmət bundan sonra da hərtərəfli şəkildə möhkəmlənəcəkdir".

Seçilən
10
25
day.az

10Mənbələr