BAKI, TurkicWorld, Səməd Əyyubov
Norveç Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin alınmasına təxminən 7 milyard kron (695 milyon dollardan çox) ayıracaq.
TurkicWorld xəbər verir ki, bu barədə Norveç hökumətinin yaydığı bəyanatda qeyd olunub.
“Norveç Ukraynanın hava hücumundan müdafiəsi üçün təxminən 7 milyard kron ayırır. HHM sistemləri Almaniyadan tədarük ediləcək” – deyə bəyanatda bildirilib.
Qeyd edək ki, Norveç və Almaniya Ukrayna üçün iki ədəd “Patriot” sistemi və onların sursatlarının alınmasını maliyyələşdirəcək.