AZ

“Prezidentin bu açıqlaması tariximizə bağlılığın nə qədər önəmli olduğunu göstərir”

Məlum olduğu kimi, Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşündə erməni faşizmi tərəfindən xalqımızın başına gətirilən müsibətlərin unudulmaması gərəkdiyini bildirib, keçmişi yadda saxlamağın vacibliyini vurğulayıb.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Xalq artisti Nurəddin Mehdixanlı, Prezidentin məlum çıxışının mühüm önəm kəsb etdiyini bildirib:

“Prezidentimizin Kəlbəcər şəhər sakinləri ilə görüşündə səsləndirdiyi fikirlər, eləcə də tariximizi, keçmişimizi daim yadda saxlamağın zəruriliyi ilə bağlı açıqlaması son dərəcə böyük əhəmiyətə malikdir. Bu, hər şeydən öncə dövlət başçısının tariximizə, erməni faşizmi tərəfindən qətlə yetirilən insanlarımıza olan sevgi və ehtiramın göstəricisidir.

İkincisi, bu, eyni zamanda  gələcəyimizin qayğısına qalmaq, gələcək təhlükəsizliyimizin təmini deməkdir. Çünki tarix sübut edir ki, Kitabi Dədə Qorqud dastanında deyildiyi kimi, qarı düşmən dost olmaz. Əsrlər uzunudur ki, xalqımızın düşmənləri də, dostları da dəyişilməmiş qalır. Belə olan halda tariximizi bilmək, onu yadda saxlamaq, təbliğ etmək gələcək təhlükələrdən qorunmaq üçün ən effektiv yoldur.

Biz tariximizin hər bir mərhələsini dərindən öyrənməli, öz tariximizə bütün ruhumuzla, qəlbimizlə sahib çıxmalıyıq. Yalnız bu halda gələcək bəlalardan hifz olunmağımız mümkündür”.

Seymur ƏLİYEV

Seçilən
9
1
moderator.az

2Mənbələr