Türkiyə I Liqasında III turun oyunları keçirilir.
Msport.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Sərtan Taşkının formasını geydiyi “Serik Spor” səfərdə “Erokspor”un qonağı olub.
Matç meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Sərtan da komandasının darmadağın olduğu görüşün iştirakçısı olub. Matça ehtiyatdan başlayan 27 yaşlı müdafiəçi 46-cı dəqiqədə Gökhan Karadenizin əvəzinə meydana daxil olub.
Qeyd edək ki, 3 turdan sonra 4 xalı olan “Serik Spor” turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.