Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
“Qafqazinfo” xəbər verir ki, Ukrayna ordusundan döyüşlərdə iştirak edən Əfqan Orucov Sumı vilayətində gedən döyüşlərdə həyatını itirib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, Ə.Orucov iki il öncə döyüşlərdə göstərdiyi igidlik və cəsarətə görə Ukrayna Prezidenti tərəfindən “İgidliyə görə” ordeni ilə təltif olunmuşdu.