Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.
Msport.az xəbər verir ki, onun çıxış etdiyi “Motor” Ekstraklasanın VI turunda “Korona Kielçe”nin qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyuna ehtiyatdan başlayan Renat 73-cü dəqiqədə Karol Czubakın əvəzinə meydana daxil olub.
Qeyd edək ki, Renat Dadaşovun komandası 5 turdan sonra 5 xalla 15-ci pillədə qərarlaşıb.