Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Anri Oxanaşvili istefa verdiyini açıqlayıb. O, “hakim komanda ilə məsləhətləşmələr əsasında” istefa vermək qərarına gəlib. O, Gürcüstanın baş nazirinin müşaviri vəzifəsini tutacaq və milli təhlükəsizlik məsələlərinə nəzarət edəcək.
Cənab Oxanaşvili “Gürcü Arzusu” partiyasının təsisçisi, milyarder Bidzina İvanişviliyə göstərdiyi etimada və davamlı dəstəyə görə təşəkkür edib. O, 8 il əvvəl partiya sıralarına üzv olduğunu və bu müddət ərzində parlament həyatında iştirak etdiyini, daha sonra ədliyyə naziri kimi fəaliyyətə başladığını bildirib. "Mənim dövlət qulluğunda doqquz illik fəaliyyətim kifayət qədər gərgin olub", - cənab Oxanaşvili dövlət təhlükəsizliyinin mətbuat xidmətinin Facebook-da dərc etdiyi məktubda yazır .
Gürcüstan hakimiyyəti hakim partiyanın icraçı katibi Mamuka Mdinaradzenin namizədliyini dövlət təhlükəsizliyinin rəhbəri vəzifəsinə irəli sürəcək. “Onun hüquq-mühafizə orqanlarında kifayət qədər uzun təcrübəsi var və bu, əlbəttə ki, Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin vəzifələrini yerinə yetirmək üçün çox vacibdir”, - baş nazir İrakli Kobaxidze bildirib. Namizədliyə daha sonra Gürcüstan parlamenti baxacaq.
Əziz Mustafa