AZ

Braziliya Rusiyaya neft tankerləri göndərəcək

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Braziliya kölgə donanmasını təmin etmək üçün Rusiyaya neft tankerləri göndərəcək.

Bakıvaxtı.az  xəbər verir ki, Braziliya üçüncü yurisdiksiyalarda qeydiyyatdan keçəcək şirkətlər vasitəsilə bir neçə köhnə, lakin istismara yararlı gəmilər təqdim etməyə hazırdır.

Qərarın Braziliya Prezidenti Lula da Silva ilə Vaşinqton arasında münasibətlərin sürətlə soyuması, eləcə də onun BRİKS ilə yaxınlaşma zəminində qəbul edildiyi bildiriir.

Mənbələr qeyd edir ki, Moskva uzun müddətdir əlavə tanker ehtiyatı axtarır: onun öz kölgə donanması var gücü ilə işləyir və yeni gəmilər olmasa, neft ixracı payızda logistik böhranla üzləşə bilər. Bu razılaşma Rusiyanın Asiyaya tıxanma qorxusu olmadan satış həcmini artırmaq şansı verir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
3
bakivaxti.az

4Mənbələr