AZ

İsveçin Baltikdəki NATO məntəqəsi bir neçə saat elektriksiz qalıb

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İsveçin Qotland adasında - NATO dəniz qüvvələrinin yerləşdirilməsi üçün vacib məntəqə sayılan ərazidə kabel zədələnməsi səbəbindən geniş miqyaslı elektrik enerjisi kəsintisi baş verib.

"Report"un məlumatına görə, bu barədə İsveç enerji şirkəti "Geab" məlumat verib.

"Qotlandın bütün ərazisində elektrik enerjisi kəsintisi baş verib. Nasazlığın müəyyən edilməsi və aradan qaldırılması istiqamətində işlər davam etdirilir", - məlumatda deyilir.

Şirkət elektrik enerjisinin kəsilməsi haqqında 23 avqust axşam saatlarında, bir neçə saat sonra isə elektrik enerjisinin verilişinin bərpa olunması barədə məlumat yayıb.

"Horisont Magasin" jurnalının yazdığına görə, kəsintilər bütün adada su təchizatında fasilələrə səbəb olub. Qotland hakimiyyəti sakinləri potensial çatışmazlıq səbəbindən içməli suyu daha qənaətlə istifadə etməyə çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
9
azpolitika.info

10Mənbələr