AZ

“Səbail” mərhələsinin son gününün afişası bəllidir

3x3 basketbol üzrə Qadın Seriyasının Səbail mərhələsinin ikinci oyun gününün afişası məlum olub.

İdman.biz xəbər verir ki, sabah Fəvvarələr meydanında ilk olaraq 1/4 finalın oyunları keçiriləcək.

Saat 16.00-da Niderland yığması “Şanxay Redvinqs”lə, 16.25-də Azərbaycan millisi Rumınıyanın “CS Rapid” klubu ilə, 16.50-də Çexiya İtaliya ilə, 17.15-də isə Niderlandın U-25 kollektivi isə Polşa basketbolçuları ilə qarşılaşacaq.

Daha sonra yarımfinal və final oyunları olacaq.

Final görüşü 19.15-də başlayacaq.

İdman.biz

Seçilən
16
1
idman.biz

2Mənbələr