AZ

Kuril adalarında 10 turist yoxa çıxıb

BAKI, 24 avqust. TELEQRAF

Kuril adalarında 10 nəfərlik turist qrupu itkin düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Saxalin vilayətinin Kuril bölgəsi üzrə rəhbəri Konstantin İstomin özünün Teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, turistlər Baranski vulkanı yaxınlığındakı İturup adasında yoxa çıxıblar.

Hazıra xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər.

Qeyd edək ki, Baranski vulkanı aktivdir, hündürlüyü 1125 metrdir.

Seçilən
87
teleqraf.com

1Mənbələr