AZ

Netflix in məşhur serialının yeni mövsümünün çəkilişləri səhnədə qəfil ölümlə dayandırıldı

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Netflix"in məşhur "Emily in Paris" serialının 5-ci mövsümünün çəkilişləri faciəvi hadisə səbəbindən dayandırılıb. Belə ki, rejissor köməkçisi çəkiliş meydançasında qəfildən vəfat edib.

Oxu.Az bu barədə DPA informasiya agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, hadisə Venesiyada "Danieli" hotelində çəkilişlər zamanı baş verib. 47 yaşlı rejissor köməkçisi Dieqo Borella son səhnələrdən birinin çəkilişi zamanı huşunu itirib. Göstərilən müdaxilələrə rəğmən, italiyalı əməkdaşın həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, o, ürək tutmasından vəfat edib.

Əslən Venesiyadan olan Borella uzun illər beynəlxalq kino sənayesində çalışıb. O həmçinin şeirlər, nağıllar və uşaqlar üçün hekayələr yazıb.

Çəkilişlərin nə qədər müddətə dayandırılacağı hələlik məlum deyil.

"Netflix"in məlumatına görə, "Emily in Paris" serialının 5-ci mövsümünün Milad bayramı ərəfəsində yayımlanması planlaşdırılır. Lili Kollinzin canlandırdığı gənc amerikalı qız haqqında olan serialın əsas hadisələri Parisdə cərəyan edir. Buna baxmayaraq, yeni mövsümün bəzi epizodları İtaliyanın Roma və Venesiya şəhərlərində çəkilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
4
oxu.az

5Mənbələr