AZ

Poçt xidmətləri ABŞ-yə bağlamaların çatdırılmasını dayandırır

Bakı. Trend:

Bütün dünyada poçt operatorları ABŞ-nin yeni gömrük qaydalarınagörə ölkəyə bağlamaların çatdırılmasını dayandırmağabaşlayıblar.

Trend-in“Bloomberg”ə istinadən verdiyi xəbərə görə, avqustun 29-danetibarən ABŞ 800 dollara qədər olan malların rüsumsuz idxalınaimkan verən “de minimis” qaydasını ləğv edir. Bu istisna hər günölkəyə daxil olan 4 milyondan çox bağlamaya aid idi və xüsusilə“Shein Group Ltd” və “Temu” kimi onlayn pərakəndəçilər tərəfindəngeniş istifadə olunurdu.

Yeni qaydalara əsasən, mənşə ölkəsindən asılı olmayaraq bütünmallar gömrük nəzarətindən keçəcək və rüsum tutulacaq. Yalnız 100dollardan ucuz mallar bundan azad ediləcək.

Səlahiyyətlilər bildirirlər ki, bu addım qeyri-qanuni mallarınidxalının qarşısını almaq və tədarük zəncirlərinə düşən yüküazaltmaq məqsədi daşıyır. Xüsusilə, bağlamaların fentanil kiminarkotiklərin qaçaqmalçılığı üçün istifadə edilməsindən narahatlıqifadə olunub.

Beynəlxalq poçt xidmətləri isə yeni tələblərə etiraz olaraqABŞ-yə çatdırılmanı müvəqqəti olaraq dayandırır və yaməhdudlaşdırır.

Seçilən
28
2
az.trend.az

3Mənbələr