AZ

KİV: ABŞ sualtı qayıqlara nəzarət üçün Qrenlandiyaya təyyarə göndərib

ABŞ Hərbi Dəniz Qüvvələri Qrenlandiyaya "Boeing E-6B" təyyarəsini göndəri.

"Report"un məlumatına görə, bu barədə "Newsweek" jurnalı məlumat yayıb.

"ABŞ-nin nüvə sualtı qayıqları ilə əlaqə saxlaya bilən hərbi komanda təyyarəsi Qrenlandiya yaxınlığında "qeyri-adi" uçuş zamanı müşahidə edilib. ABŞ Hərbi Dəniz Qüvvələri "Merkuri" kimi də tanınan "E-6B" hava komanda məntəqəsinin Qrenlandiyadakı Pituffik kosmik bazasında yerləşdirildiyini təsdiqləyib", - nəşr bildirib.

Qeyd edək ki, sözügedən təyyarə nüvə silahı daşıyan sualtı qayıqların idarə edilməsi, əlaqələndirilməsi və nəzarət üçün nəzərdə tutulmuş hava komanda məntəqəsidir.

Seçilən
6
1
report.az

4Mənbələr