AZ

CAR Prezidenti Ramafoza Makron, Stubb və Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edib

Bakı. Trend:

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril RamafozaFransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti AleksandrStubb və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığıaparıb.

Trend xəbər verirki, CAR Prezident Administrasiyasının məlumatına görə, söhbətlərzamanı liderlər Cənubi Afrikanın Rusiya-Ukrayna münaqişəsininhəllindəki rolunu yüksək qiymətləndiriblər.

Ramafoza həm Rusiya, həm də Ukrayna liderləri ilə yanaşı ABŞprezidenti arasında da ikitərəfli və üçtərəfli görüşlərinkeçirilməsinin vacibliyini qeyd edib. O, bütün tərəfləri bufürsətdən yararlanmağa və sülhə nail olmaq üçün səyləri davametdirməyə çağırıb.

Məlumatda həmçinin bildirilib ki, yaxın günlərdə və həftələrdədigər Avropa liderləri ilə də danışıqlar planlaşdırılır.

Seçilən
45
az.trend.az

1Mənbələr