AZ

“Qalatasaray”la yanaşı, hamımızın ürəyi “Qarabağ”la birgə döyünəcək"

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Ferensvaroş”la ilk oyundakı qələbəsi Türkiyə futbol ictimaiyyətinin də gündəmini zəbt edib.

Sportinfo.az xəbər verir ki, qardaş ölkə mətbuatı “Qarabağ”ın timsalında türk dünyasının daha bir təmsilçisinin Liqa mərhələsinə vəsiqə qazanmaq üzrə olduğunu vurğulayıb.

Türkiyə çempionu “Qalatasaray” turnirə birbaşa Liqa mərhələsindən başlayacaqsa, “Fənərbağça” pley-off mərhələsində “Benfika” ilə ilk görüşdə qolsuz bərabərə qalıb.

“Qarabağ”ın Macarıstanda 3:1 hesablı qələbəsini qürurla vurğulayan yerli KİV Liqa mərhələsində bütün türk dünyasının bu komandaya azarkeşlik edəcəyini yazıb:

“Qalatasaray”la yanaşı, hamımızın ürəyi “Qarabağ”la birgə döyünəcək.

“Fənərbağça” böyük transferlərə baxmayaraq, “Benfika” önündə üstünlük əldə edə bilmədi, ancaq məhdud büdcəsi və cəmi 25 milyonluq dəyəri ilə “Qarabağ” cütün taleyini birinci görüşdə həll etdi”.

“Qarabağ”la “Ferensvaroş” arasında cavab oyunu avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Seçilən
20
sportinfo.az

1Mənbələr