AZ

Gürcüstanda azərbaycanlı qadına leytenant rütbəsi verildi - FOTO

Gürcüstan Milli Müdafiə Qüvvələrində ilk dəfə etnik azərbaycanlı qadın zabit rütbəsi alıb.

XəzərNews.az "Report"a istinadla xəbər verir ki, qadın hərbçi – Sevil Məmmədova akademiyanı leytenant rütbəsi ilə bitirib.

S.Məmmədova bu il ali hərbi təhsilini başa vurub və karyerasını Gürcüstanın Milli Müdafiə Qüvvələrində davam etdirməyi planlaşdırır.

Onun uğuru Gürcüstanda yaşayan azərbaycanlı gənclərin dövlətin müxtəlif sahələrində, xüsusilə də müdafiə və təhlükəsizlik strukturlarında təmsilçiliyinin artmasına mühüm nümunə kimi dəyərləndirilir.



Xəbər 1 dəfə oxunub.
Seçilən
49
13
xezernews.az

10Mənbələr