Bakı. Trend:
Azərbaycanın 3x3 basketbol üzrə qadın millisi Dünya QadınSeriyasının Səbail mərhələsinin 1/4 finalına çıxıb.
Trend xəbər verirki, Fəvvarələr Meydanında keçirilən yarışda yığma B qrupunda ikinciyeri tutub.
İlk görüşdə Çexiyaya 15:17 hesabı ilə uduzan komanda, Filippinəqarşı 21:14 hesabı ilə qələbə qazanıb.
Azərbaycan millisi sabah 1/4 finalda Rumıniyanın “Rapid” klubuilə qarşılaşacaq.