AZ

Göygöldə yol qəzası baş verib - Xəsarət alanlar var

Göygöl rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Üç Təpə kəndində qeydə alınıb.

Kənd sakini Ülfət Temurazovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Gədəbəy rayon sakini Ələkbər Ələkbərova  məxsus “Kia Rio” markalı maşın toqquşub.

Nəticədə “Kia Rio” markalı avtomobildə olan Ələkbər Ələkbərov və onun azyaşlı övladı Tunar Ələkbərov müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
83
8
anews.az

10Mənbələr