ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Baku TV-nin "COP BAKU" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın budəfəki buraxılışında Ağdamın Kəngərli və Xıdırlı kəndlərinin günəş panelləri ilə təmin olunmasından bəhs olunub.
Bildirilib ki, layihələndirilən ərazisi 177 hektar təşkil edən Kəngərli kəndində ilkin mərhələdə 1279 nəfərin yaşaması nəzərdə tutulub. Bunun üçün inşa edilən 292 fərdi evin hər birində günəş paneli quraşdırılıb və elektrik enerjisi təminatı məhz bu yolla təmin ediləcək.
Həmçinin qeyd edilib ki, Xankəndi-Əsgəran-Ağdərə yolunun üzərində yerləşən Xıdırlıda isə yaxın gələcəkdə 6 minə qədər sakinin yaşaması nəzərdə tutulur. Böyük Qayıdışın ilkin mərhələsində bu kənddə 3 min nəfər yaşayacaq. Bunun üçün 2, 3, 4 və 5 otaqdan ibarət 719 evin inşası artıq başa çatıb. Evlərin hər birinin enerjisi isə Günəşdən əldə olunacaq. Bunun üçün panellərin evlərin damında quraşdırılması prosesi artıq yekunlaşıb.
O da vurğulanıb ki, evlərinin ekoloji təmiz enerji ilə işıqlanması sakinlərin də ürəyincədir. Onlar illərdir çətin şəraitdə məcburi köçkün həyatı yaşadıqdan sonra müasir görkəmi ilə diqqət çəkən kəndlərinə qayıdacaqları üçün sevinclidirlər.
Ağdamda günəş panelləri ilə alınan enerjidən necə istifadə olunur?
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.