AZ

Badamdarda bədbəxt hadisə: Kişi quyuya düşdü

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Səbail rayonunun Badamdar qəsəbəsində bədbəxt hadisə baş verib.

Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Rafiq İsgəndərov küçəsində 50-55 yaşlı kişi diqqətsizliyi nəticəsində yolun kənarında tikinti üçün qazılmış quyuya düşüb.

Onun başından xəsarət aldığı bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunublar. Yaralı xilas edilərək həkim nəzarətinə götürülüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
7
oxu.az

9Mənbələr