AZ

Qarabağ ın uğur formulu: Komanda ruhu və Qurban Qurbanovun intizamı

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Baku TV-nin "İdmanda nə baş verir?" podkastının növbəti buraxılışı yayımlanıb.

Bu dəfə podkastın qonağı idman jurnalisti Azər İsmayıl olub.

Buraxılışda Çempionlar Liqasında "Qarabağ" komandasının "Ferentsvaroş" klubu üzərində 3:1 hesablı qələbəsi haqqında fikir mübadiləsi aparılıb.

Azər İsmayılın sözlərinə görə, "Qarabağ"ın uğurlu olmasında Qurban Qurbanovun qurduğu sistem mühüm rol oynayır.

"Qarabağ"ın komanda ruhu yerindədir. Klub aşağısəviyyəli hücumçu ilə bu məqama çata bilib. "Köhlən atlar" "Ferentsvaroş" ilə matçın 2-ci hissəsində fürsətlərdən yararlanmağa çalışıblar. Hazırda klub üçün ən lazımlı futbolçu Marko Yankoviçdir. O, meydançada olanda digər komanda yoldaşlarına da inam verir. Bu oyunda da yaxşı bir qolla vəziyyəti dəyişə bildi", - deyə o əlavə edib.

İdman jurnalisti həmçinin "Ferentsvaroş" ilə cavab oyununda baş verə biləcək ehtimallardan da danışıb:

"Rəqibimiz keyfiyyətli klubdur, fürsətləri maksimum dəyərləndirir. İstənilən hesabdan asılı olmayaraq "Qarabağ"a qarşı oynaya bilər. Müsbət tərəfdən baxsaq, Qurban Qurbanov da çox intizamlı məşqçidir, komandanı yaxşı formalaşdırır. Amma sürpriz məğlubiyyətlər qaçılmazdır. Düşünürəm ki, "Ferentsvaroş" cavab oyununda mübarizəni davam etdirəcək".

"Qarabağ"ın uğur formulu: Komanda ruhu və Qurban Qurbanovun intizamı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
oxu.az

1Mənbələr