İran İsrailin yeni hücumu halında cavab verməyə tam hazırdır.
"Report" "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Məhəmməd Pakpur bildirib.
Pakpur qeyd edib ki, İran ordusu yeni təcavüz halında İsrailə daha da sarsıdıcı cavab vermək üçün tam döyüş hazırlığındadır.
Xatırladaq ki, İsrail iyunun 13-də İrana qarşı hərbi əməliyyata başlayıb və məqsədi İranın nüvə proqramını məhv etmək olub. Buna cavab olaraq İran İsraili vurmağa başlayıb.
Daha sonra iyunun 22-də ABŞ İrandakı üç nüvə obyektini vurub: Fordo, İsfahan və Natanz. Bundan sonra ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəs elan edib.