AZ

Pakistandan Qəzzaya 100 tonluq ərzaq yardımı göndərildi

Pakistandan Qəzzaya 100 tonluq ərzaq yardımı göndərildi

Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi müşahidə qurumunun Qəzzada aclığı təsdiqləməsindən sonra Pakistan bölgəyə 100 tonluq ərzaq yardımı göndərib.

BMT tərəfindən dəstəklənən İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatının (IPC) Qəzzadakı aclığı təsdiqləyən hesabatından sonra Pakistan Milli Fəlakət İdarəetmə Qurumu (NDMA) Facebook sosial şəbəkəsində açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Baş nazir Şahbaz Şərifin göstərişi ilə un, hazır yeməklər, yağ, cem və meyvələrdən ibarət 100 tonluq yardım paketi hazırlanaraq Qəzzaya göndərilmək üçün Lahordan havaya qalxıb.

Məlumatda bu yardımın Pakistanın Qəzzaya göndərdiyi 19-cu yardım paketi olduğu, ümumi yardımın həcminin isə 1915 tona çatdığı qeyd olunub.

Seçilən
2
afn.az

1Mənbələr