AZ

Merz Ukraynada sülhü çətin məsələ adlandırıb

Merz Ukraynada sülhü çətin məsələ adlandırıb

Almaniya kansleri Fridrix Merz Ukraynada sülhün əldə edilməsinin səbir tələb etdiyini deyib və bunun kifayət qədər çətin iş olacağını vurğulayıb.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, Merz Aşağı Saksoniyada CDU partiyasının qurultayında deyib: "Bu gün heç kim deməsin ki, biz yalnız silah tədarükü ilə bağlı müzakirə aparırıq. Ukraynada potensial sülh səbir tələb edir".

Eyni zamanda, Almaniya kansleri qeyd edib ki, həftələr, hətta aylar ərzində bu vəzifənin nə qədər çətin olacağını hamı başa düşməlidir.

"Biz ilk addımları atdıq. Amma icazə verin sizə bir bənzətmə verim: biz on kilometrlik ərazidəyik və bəlkə də ilk 200 metri qət etmişik” - deyə Almaniya kansleri əlavə edib.

Seçilən
4
2
afn.az

3Mənbələr