AZ

İranda istilərə görə dövlət qurumlarının fəaliyyəti məhdudlaşdırıldı

İranda istilərə görə dövlət qurumlarının fəaliyyəti məhdudlaşdırıldı

İranda istilərin səbəb olduğu yüksək enerji istehlakının qarşısını almaq məqsədilə paytaxt Tehran da daxil olmaqla bir çox əyalətdə dövlət qurumlarının fəaliyyəti dayandırılıb.

Ölkədə təsirli olan güclü isti hava dalğası enerji istehlakında ciddi artıma səbəb olarkən, hökumət və valiliklər buna qarşı tədbir olaraq dövlət qurumlarında iş gününü tətil elan edib.

Qərara əsasən, həftəlik istirahət günləri olan cümə axşamı və cümə günlərinə əlavə olaraq bu gün də 31 əyalətdən 28-də iş günü tətil edilib.

Bildirilir ki, bu qərar isti havaların doğurduğu elektrik tələbatını azaltmaq və ölkə üzrə enerji sistemini qorumaq məqsədilə qəbul olunub.

İran Meteorologiya Təşkilatının məlumatına görə, xüsusilə Xuzistan və İlam kimi cənub və qərb bölgələrində temperatur 45 dərəcəni ötüb. Tehranda isə temperatur 40 dərəcəyə yaxınlaşıb.

Rəsmilər vətəndaşlara zəruri olmadıqca çölə çıxmamağı, günəş şüalarına birbaşa məruz qalmamağı və elektrik enerjisinə minimum səviyyədə tələbat yaratmağı tövsiyə ediblər.

Xatırladaq ki, enerjiyə qənaət tədbirləri ölkədə son aylarda getdikcə daha çox geniş yayılıb.

Seçilən
0
1
afn.az

2Mənbələr