AZ

Futbolçunu küçədə döyüb öldürdülər

Rusiyada futbolçu Arseni Yeroşeviç üç nəfər tərəfindən vəhşicəsinə döyülərək öldürülüb.

Ajans.az yerli mediaya istinadla bildirir ki, hadisə avqustun 17-si səhər tezdən Moskvanın Proletar prospektində baş verib. İlkin məlumata görə, münaqişə yerli barlardan birində başlayıb, daha sonra küçədə davam edib və gənclərdən ibarət dəstə bir oğlana ağır bədən xəsarətləri yetirib.

Zərərçəkən “Rusiya İcması” futbol klubunun oyunçusu olub. Hüquq-mühafizə orqanları üç şübhəlini saxlayıb, onlardan ikisi artıq günahını etiraf edib.

Onların arasında — Mərkəzi Asiya ölkələrindən birinin 20 yaşlı vətəndaşı və 24 yaşlı yerli sakin var. Cinayətkarlar Nijni Novqorodda saxlanılıb.

Hadisə ilə bağlı “sağlamlığa ağır zərər vurma” maddəsi üzrə cinayət işi açılıb. Lakin Arseni Yeroşeviçin ölümündən sonra şübhəlilərə qarşı ittihamlar yenidən təsnif oluna bilər.

"Cebheinfo.az" 

Seçilən
9
3
cebheinfo.az

4Mənbələr