Rusiya hərbçilərinin Ukraynanın Dnepropetrovsk vilayətinin iki rayonunu atəşə tutması nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Serxi Lısak teleqram kanalında bildirib.
"Sinelnıkivşinada bu gün düşmən zərbələri nəticəsində 9 nəfər yaralanıb. Təəssüf ki, bir nəfər həlak olub. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - o yazıb.
Lısakın sözlərinə görə, ümumilikdə, hücumlar zamanı ərazidə 7 fərdi ev və bir mikroavtobus zərər görüb.
"Nikopol rayonuna da ziyan dəyib. Düşmən Nikopol, Marqanets, Pokrovsk, Çervonohriqorivskanı vurub. Onlar pilotsuz uçan aparatlardan və artilleriyadan istifadə ediblər. Qaz kəməri və elektrik xətti vurulub", - deyə o, yekunlaşdırıb.