AZ

Netanyahu Əl-Şara ilə görüşəcək?

Suriyanın keçid hökumətinin Xarici İşlər Nazirliyi İsraillə təhlükəsizlik sazişi imzalamaq niyyəti ilə bağlı məlumatları təkzib edib.

Modern.az xəbər verir ki, bu barədə "Suriya TV" məlumat yayıb.

Telekanalın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyi “iki tərəf arasında hər hansı təhlükəsizlik sazişinin imzalanması ilə bağlı yayılan xəbərləri təkzib etdiyini” bildirib.

Qeyd edək ki, bundan əvvəl ərəb mətbuatı yazır ki, Dəməşq və Təl-Əviv sentyabrın 25-də Vaşinqtonun himayəsi altında təhlükəsizlik sazişi imzalamağı planlaşdırır. İddialara görə, Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara İsrailin Baş naziri Bünyamin Netanyahu ilə görüşəcək.

Seçilən
10
2
modern.az

3Mənbələr