AZ

Bakıda kişi quyuya düşüb xəsarət aldı - FOTO

Səbail rayonunun Badamdar qəsəbəsində bədbəxt hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Rafiq İsgəndərov küçəsində 50-55 yaşlı kişi tikinti aparılması üçün qazılan quyuya düşüb.

Onun başından xəsarət aldığı bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralı xilas edilərək həkim nəzarətinə götürülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
83
7
milli.az

10Mənbələr