AZ

Rusların Donetskə intensiv hücumu bu vaxta kimi davam edəcək

İşğalçıların Donetsk vilayətində yüksək intensivliyi oktyabr ayına qədər davam edə bilər.

Axar.az xəbər verir ki, bunu Ukraynanın “Xortitsa” əməliyyat-strateji qruplaşmasının mayoru Viktor Trequbov bildirib.

"Çox güman ki, oktyabra kimi... O zaman kadrlarla bağlı deyil, şəraitlə bağlı problemlər olacaq ki, onlar üçün indiki intensivliyi saxlamaq o qədər də əlverişli olmayacaq", - Trequbov vurğulayıb.

Onun sözlərinə görə, iyunun ortalarından ruslar itkilərə baxmayaraq, çox intensiv irəliləyirlər:

“Ola bilsin ki, onlar bunu hansısa beynəlxalq müqavilələr əsasında edirdilər, ola bilsin ki, generallar siyasi rəhbərliyə nəsə söz veriblər və bunu çox fəal şəkildə yerinə yetirməyə çalışırlar”.

Seçilən
7
1
axar.az

2Mənbələr