Ukrayna Rusiya Federasiyası ilə əlaqəsi olduğu iddia edilən bir qrup şəxs və şirkətə qarşı sanksiyalar tətbiq edib.
AFN.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski özünün Telegram kanalında yazıb. O, Rusiya ilə iş apardığı bildirilən bəzi ölkələrdən 167 şirkət və şəxsə qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.
Onun sözlərinə görə, Kanadanın tətbiq etdiyi sanksiyalarla sinxronizasiya çərçivəsində siyahıya 139 fiziki və hüquqi şəxs əlavə edilib. Ukrayna təkbaşına daha 28 müxtəlif ölkə vətəndaşına qarşı sanksiya tətbiq edib.