ain.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.
Mövsüm dəyişikliyi ilə birlikdə orqanizm də müəyyən çətinliklərlə üzləşir. Yayın isti havasından sonra payızın sərin və dəyişkən iqlimi immun sistemi zəiflədə, yorğunluq və xəstəliklərə yol aça bilər.
Tribunainfo.az xəbər verir ki, həkimlərin sözlərinə görə, bu dövrdə qidalanmaya diqqət etmək və immuniteti gücləndirən məhsullara üstünlük vermək xüsusilə vacibdir.
Mütəxəssislərin tövsiyə etdiyi əsas qidalar isə bunlardır:
• C vitamini zəngin meyvələr – portağal, naringi, kivi və limon immun sistemini gücləndirir, soyuqdəymənin qarşısını alır.
• Yaşıl yarpaqlı tərəvəzlər – ispanaq, kələm və brokkoli orqanizmi antioksidantlarla təmin edir.
• Bal və zəncəfil – iltihabəleyhinə xüsusiyyətlərə malikdir, boğaz ağrısı və soyuqdəyməyə qarşı faydalıdır.
• Qoz-fındıq və badam – E vitamini və faydalı yağlarla zəngindir, həm də beyin fəaliyyətini gücləndirir.
• Balıq və dəniz məhsulları – Omeqa-3 yağ turşuları sayəsində immuniteti gücləndirir, ürək-damar sağlamlığını qoruyur.
• Bitki çayları – xüsusilə zəncəfil, nanə və adaçayı orqanizmi ilıq saxlayır, immunitetə dəstək olur.
Mütəxəssislər bildirir ki, balanslı qidalanma ilə yanaşı, kifayət qədər yuxu və gündəlik hərəkət də mövsüm dəyişikliklərində sağlam qalmağın əsas şərtlərindəndir.
Musavat.com
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.