Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.
Arsen Markaryan Belarusa doğru hərəkət edən avtomobilin yük yerində gizlənibmiş.
Gununsesi.info xəbər verir ki, o, Moskva yaxınlığındakı Kubinka ərazisində saxlanılaraq, həbs olunub.
İndi o, paytaxtın İstintaq Komitəsinə aparılıb və orada dindiriləcək. A.MArkaryan barəsində “Nasizmin reabilitasiyası” maddəsi ilə iş açılıb. Onu 5 ilə qədər həbs gözləyir.
***
Rusiyada bloger Arsen Markaryan saxlanılıb.
Gununsesi.info xəbər verir ki,məlumatı Rusiya İstintaq Komitəsi yayıb.
Onun tezliklə dindirilməyə aparılacağı bildirilir.
A.Markaryan “Vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə” şübhəli bilinir.
Rusiyanın hüquq-mühafizə orqanlarından verilən məlumata görə, erməni bloger PUA-lardan istifadə edərək Rusiyada terrora çağırış edib. Arsen Markaryana qarşı nasizmin reabilitasiyası ilə bağlı cinayət işi açılıb.
Moskva Prokurorluğu bloger Arsen Markaryanın cinayət təqibinə başlayıb.
A.Markaryanın müsahibəsində pilotsuz uçuş aparatlarından istifadə etməklə terror hücumlarına çağırışlar aşkarlanıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.